Gürcüstana koronavius əleyhinə vaksin martın 13-də çatdırılacaq

Gürcüstana koronavius əleyhinə vaksin martın 13-də çatdırılacaq “Gürcüstana koronavirus əleyhinə “Pfizer” vaksini planlaşdırılan vaxtdan əvvəl çatdırılacaq”
Region
11 Mart , 2021 14:12
Gürcüstana koronavius əleyhinə vaksin martın 13-də çatdırılacaq

“Gürcüstana koronavirus əleyhinə “Pfizer” vaksini planlaşdırılan vaxtdan əvvəl çatdırılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyə naziri Ekaterina Tikaradze keçirdiyi xüsusi brifinqdə deyib.

Nazir peyvəndin ölkəyə martın 13-də tədarük olunacağını bildirib.

E.Tikaradzenin sözlərinə görə, ilk mərhələdə Gürcüstan 43 200 doza vaksin əldə edəcək.

Qeyd edək ki, peyvəndin qonşu ölkəyə martın 22-dən sonra çatdırılacağı gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi