Gürcüstana böyük miqdarda Azərbaycan manatının keçirilməsinin qarşısı alınıb

Gürcüstana böyük miqdarda Azərbaycan manatının keçirilməsinin qarşısı alınıb Ötən ay Gürcüstana bəyan edilməyən xarici valyutaların keçirilməsi ilə bağlı bir neçə cəhdin qarşısı alınıb.
Region
1 Dekabr , 2021 17:47
Gürcüstana böyük miqdarda Azərbaycan manatının keçirilməsinin qarşısı alınıb

Ötən ay Gürcüstana bəyan edilməyən xarici valyutaların keçirilməsi ilə bağlı bir neçə cəhdin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, gömrük nəzarətindən gizlədilmiş pullar - Tbilisi hava limanı və “Qırmızı körpü” gömrük məntəqəsində Gürcüstan, Qazaxıstan, İran və Küveyt vətəndaşlarında aşkarlanıb. Xarici valyutaların ümumi məbləği 306 400 ABŞ dolları, 90 445 avro və 9 027 Azərbaycan manatı təşkil edib.

Gürcüstan qanunvericiliyinə əsasən, qanunu pozan şəxslər bəyan edilməmiş məbləğin 10 %-i həcmində cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi