Gürcüstana 20 minə yaxın Ukrayna vətəndaşı gedib

Gürcüstana 20 minə yaxın Ukrayna vətəndaşı gedib Hazırda Gürcüstanda on minlərlə Ukrayna vətəndaşı var.
Region
28 Mart , 2022 13:19
Gürcüstana 20 minə yaxın Ukrayna vətəndaşı gedib

Hazırda Gürcüstanda on minlərlə Ukrayna vətəndaşı var.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ukraynalıların dəqiq sayı məlum deyil: “Say təxminən 20 min nəfər təşkil edə bilər. İndi dəqiq rəqəmi demək çətindir. Belə ki, onların bəziləri müharibədən öncə, digərləri isə müharibə zamanı Gürcüstana gəlib”.

L.Davitaşvili qeyd edib ki, Gürcüstan hökuməti Ukrayna vətəndaşları üçün normal və layiqli həyat şərait yaratmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi