Gürcüstan yeni regional platformalarla bağlı mövqeyini açıqladı

Gürcüstan yeni regional platformalarla bağlı mövqeyini açıqladı “Cənubi Qafqaz ölkələri müəyyən konsensusa gəlməli və üçtərəfli əməkdaşlıq üçün böyük potensialı bütün dünyaya göstərməlidirlər”
Region
20 Fevral , 2021 21:40
Gürcüstan yeni regional platformalarla bağlı mövqeyini açıqladı

“Cənubi Qafqaz ölkələri müəyyən konsensusa gəlməli və üçtərəfli əməkdaşlıq üçün böyük potensialı bütün dünyaya göstərməlidirlər”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani deyib.

O, bəzi məsələləri erməni həmkarı ilə artıq müzakirə etdiyini bildirib: “Bu mövzuları azərbaycanlı və türkiyəli həmkarlarımla da müzakirə etməyə hazırlaşıram”.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan Azərbaycan və Ermənistanla münasibətlər kontekstində Tbilisini iqtisadi layihələr, kiçik və orta biznes arasında və mədəni, millətlərarası əməkdaşlıqla bağlı müzakirələrin aparılacağı meydana çevirə bilər.

O, Cənubi Qafqazda çox mürəkkəb mühitin yarandığını qeyd edib: “Gürcüstanın öz funksiyasını itirməməsi vacibdir. Bölgədə “3+3”, “3+2” və digər yeni platformaların yaradılması təklifləri irəli sürülür. Bu, əlbəttə ki, tərəfdaşlarımızla dialoq tələb edir. İlk növbədə, bu məsələ ilə bağlı qərarı Cənubi Qafqazın üç ölkəsi verməlidir. Əlbəttə ki, böyük oyunçuların marağı olduqca böyükdür”.

Son xəbərlər

Orphus sistemi