Gürcüstan yanacaq idxalını 5%-ə yaxın azaldıb

Gürcüstan yanacaq idxalını 5%-ə yaxın azaldıb Ötən ay Gürcüstan 74,7 min ton benzin və dizel yanacağı idxal edib.
Region
12 Fevral , 2020 13:17
Gürcüstan yanacaq idxalını 5%-ə yaxın azaldıb

Ötən ay Gürcüstan 74,7 min ton benzin və dizel yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İllik müqayisədə qonşu ölkənin yanacaq idxalında 3,7 min ton və ya 4,7% azalma qeydə alınıb.

Yanvar ayında 42 min ton (-23%) benzin, 5,9 min ton (+18%) dizel yanacağı tədarük olunub.

Hesabat ayında Gürcüstan ən çox Rusiyadan yanacaq (23,2 min ton) idxal edib. Rusiyanın qonşu ölkənin yanacaq idxalındakı payı 31%-ə bərabər olub.

Gürcüstan həmçinin Rumıniya (22,3 min ton), Türkmənistan (10,6 min ton), Bolqarıstan (8,5 min ton), Türkiyə (3,7 min ton), Yunanıstan (3,6 min ton) və digər ölkələrdən də benzin və dizel alıb.

Yanvar ayında qonşu ölkədə yanacaq istehlakında da azalma olub. Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi növbəti aylarda yanacağın idxal və istehlakında artımın olacağını proqnoz edib.

Son xəbərlər

Orphus sistemi