Gürcüstan XİN rəhbəri istefa verib

Gürcüstan XİN rəhbəri istefa verib Onunla birgə müavinləri də istefaya gediblər
Region
5 Noyabr , 2014 14:50

Bakı. 5 noyabr. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri Maya Pancikidze istefa verib.

"Report" "Qruziya-Onlayn"a istinadən xəbər verir ki, bu barədə M.Pancikidze xüsusi brifinqdə bəyan edib. 

Onunla birgə nazir müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və David Calaqaniya da istefaya gediblər.

Вundan başqa, Pancikidze "Gürcü arzusu" koalisiyasını tərk etdiyini də bildirib. 

Xatırladaq ki, dünən Gürcüstanın baş naziri müdafiə nazirini istefaya göndərib, o da, öz növbəsində, prokurorluğu Rusiyanın maraqları ilə hərəkət etməkdə və Müdafiə Nazirliyini dağıtmaq cəhdində ittiham edib. Bundan dərhal sonra Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya işləri üzrə dövlət naziri Aleksi Petriaşvili istefa ərizəsi verib.  

Son xəbərlər

Orphus sistemi