Gürcüstan vətəndaşlarının Türkiyəyə işləməyə getməsinə icazə verilib

Gürcüstan vətəndaşlarının Türkiyəyə işləməyə getməsinə icazə verilib Gürcüstan hökumətinin qərarı ilə ölkə vətəndaşlarının Türkiyəyə işləmək məqsədilə getmələrinə icazə verilib.
Region
27 İyul , 2020 12:21
Gürcüstan vətəndaşlarının Türkiyəyə işləməyə getməsinə icazə verilib
Tornike Rijvadze

Gürcüstan hökumətinin qərarı ilə ölkə vətəndaşlarının Türkiyəyə işləmək məqsədilə getmələrinə icazə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Tornike Rijvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyəyə işləmək üçün getmək istəyən bütün vətəndaşlardan işəgötürən tərəfindən veriləcək rəsmi üçaylıq dəvət tələb olunacaq. “İlk növbədə, Acarıstan sakinləri Türkiyəyə işləməyə gedə biləcəklər. Türkiyədən qayıdandan sonra vətəndaşlar məcburi qaydada karantinə alınacaqlar”.

Son xəbərlər

Orphus sistemi