Gürcüstan vətəndaşlarının Şengen zonasına səfərlərinə nəzarət gücləndirilir

Gürcüstan vətəndaşlarının Şengen zonasına səfərlərinə nəzarət gücləndirilir Gələn ilin yanvarın 1-dən Gürcüstan vətəndaşlarının Şengen zonasına səfəri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Region
29 Dekabr , 2020 10:40
Gürcüstan vətəndaşlarının Şengen zonasına səfərlərinə nəzarət gücləndirilir

Gələn ilin yanvarın 1-dən Gürcüstan vətəndaşlarının Şengen zonasına səfəri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qaydalara əsasən, Avropa İttifaqı ölkələrinə vizasız səfər üçün tələb olunan sənədlər Gürcüstanın sərhəd-keçid məntəqələrində əlavə olaraq yoxlanılacaq.

Gürcüstan vətəndaşının qanunla tələb olunan sənədləri təqdim etmədiyi halda onun ölkə sərhədini keçərək Şengen zonasına yola düşməsinə icazə verilməyəcək.

Qeyd edək ki, 2017-ci ilin martından Gürcüstan vətəndaşları Şengen zonasına turizm, işgüzar və qonaq olmaq məqsədilə vizasız qısamüddətli səfər edə (180 gün ərzində 90 gün) bilirlər. Səfərlərlə bağlı yeni sərt qaydalar Aİ ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması səbəbindən hazırlanıb.

Son xəbərlər

Orphus sistemi