Gürcüstan vətəndaşları əsas problemlərini açıqlayıblar

Gürcüstan vətəndaşları əsas problemlərini açıqlayıblar Gürcüstanda respondentlərin 48%-i iş yerlərini özləri üçün ən əsas problem adlandırıblar.
Region
17 Sentyabr , 2019 11:01
Gürcüstan vətəndaşları əsas problemlərini açıqlayıblar

Gürcüstanda respondentlərin 48%-i iş yerlərini özləri üçün ən əsas problem adlandırıblar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Rəyi soruşulanların 34%-i əsas problemi qiymət artımı, 33%-i yoxsulluq, 29%-i isə ərazi bütövlüyü məsələsini ən böyük problem kimi göstərib.

Respondentlərin 22%-i əsas problemin təqaüd, 19%-i isə əməkhaqqı ilə bağlı olduğunu bildirib.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

Son xəbərlər

Orphus sistemi