Gürcüstan və Türkiyə XİN başçıları bu gün görüşəcək

Gürcüstan və Türkiyə XİN başçıları bu gün görüşəcək Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Türkiyəyə bu gün rəsmi səfər edəcək
Region
3 Mart , 2021 11:35
Gürcüstan və Türkiyə XİN başçıları bu gün görüşəcək
David Zalkaliani və Mövlud Çavuşoğlu

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Türkiyəyə bu gün rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

D.Zalkaliani səfər çərçivəsində Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək. Görüşlərdən sonra nazirlər mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Gürcü nazirin Türkiyənin vitse-prezidenti Fuat Oktayla da görüşü planlaşdırılıb.

D.Zalkaliani Ankarada Mustafa Kamal Atatürkün məzarını da ziyarət edəcək

Son xəbərlər

Orphus sistemi