Gürcüstan və Türkiyə arasında gediş-gəliş məhdudlaşdırıldı

Gürcüstan və Türkiyə arasında gediş-gəliş məhdudlaşdırıldı Gürcüstan və Türkiyə arasında “Sarp” sərhəd-keçid məntəqəsindən gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.
Region
14 Mart , 2020 18:34
Gürcüstan və Türkiyə arasında gediş-gəliş məhdudlaşdırıldı

Gürcüstan və Türkiyə arasında “Sarp” sərhəd-keçid məntəqəsindən gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə birgə razılıq hər iki ölkənin hökuməti arasında əldə olunub.

Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq.

Razılığa əsasən, Gürcüstan-Türkiyə sərhədindəki digər gömrük keçid məntəqələri - “Vale” və “Kartsaxi” adi rejimdə fəaliyyət göstərəcəklər.

İki ölkə arasında hava əlaqəsi də davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi