Gürcüstan və Ermənistanın XİN başçıları Tbilisidə görüşüb

Region
  • 29 mart, 2022
  • 13:00
Gürcüstan və Ermənistanın XİN başçıları Tbilisidə görüşüb

Gürcüstan və Ermənistanın xarici işlər nazirləri – David Zalkaliani və Ararat Mirzoyan müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın cari gündəliyi və regiondakı vəziyyəti müzakirə ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN başçıları iki ölkə arasında yüksək səviyyədə təmasların dinamikasını müsbət qiymətləndiriblər. Qeyd olunub ki, bu təmaslar iki ölkənin daha da yaxınlaşması və ticari-iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir. Onlar bu kontekstdə nazirlər ölkələr arasında iqtisadi komissiyaların iclaslarının müntəzəm keçirilməsindən danışıblar.

Söhbət zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təminatına yönəlmiş sülh təşəbbüsü də nəzərdən keçirilib.

D.Zalkaliani erməni həmkarını Gürcüstanın işğal altında olan ərazilərində mövcud ağır humanitar və təhlükəsizliklə bağlı vəziyyət barədə məlumatlandırıb.

16:30

Gürcüstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı David Zalkaliani ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə gürcü nazir tvitter hesabında yazıb.

D.Zalkaliani qeyd edib ki, erməni həmkarının işgüzar səfəri iki ölkə arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti