Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər Gürcüstanın xarici işlər naziri David Zalkaliani Yerevanda ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla görüşüb.
Region
16 Oktyabr , 2019 10:05
Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Yerevanda ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Gürcüstanın Baş naziri Giorgi Qaxarianın Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.

Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Əsas diqqət ticari-iqtisadi əlaqələrin və turizm sahəsində əməkdaşlığın inkişafı məsələlərinə ayırılıb.

XİN başçıları həmçinin regional təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər. 

Son xəbərlər

Orphus sistemi