Gürcüstan və Azərbaycan arasında konteyner daşımaları inkişaf etdiriləcək

Gürcüstan və Azərbaycan arasında konteyner daşımaları inkişaf etdiriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə qısaldacaq.
Region
18 Dekabr , 2020 19:23
Gürcüstan və Azərbaycan arasında konteyner daşımaları inkişaf etdiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə qısaldacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin 2021-2024-cü illər üzrə proqramında bildirilib.

Qeyd olunub ki, layihənin başa çatdırılması Gürcüstana əlavə yük axınlarının cəlb olunmasına zəmin yaradacaq.

“Tranzit dəhlizinin rəqabətliliyini artırmaq üçün beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlıq davam etdiriləcək. Tərəfdaş ölkələrlə dəhlizin rəqəmsallaşdırılması üzrə işlərin aparılması planlaşdırılır. Bu məqsədlə rəqəmsal platformanın yaradılması nəzərdə tutulub ki, bu da Gürcüstan üzərindən yük daşımalarının effektivliyini artıracaq və dayanıqlığını təmin edəcək”, - sənəddə bildirilib.

Proqrama əsasən, Gürcüstanda dəmir yolu ilə yük daşınmalarının payının artırılması və yol infrastrukturunun aşınmasını azaltmaq üçün konteyner daşımalarının inkişafı üzrə işlər davam etdiriləcək: “Uzunmüddətli perspektivdə bu xidmətlərin genişləndirilməsi Gürcüstan və Azərbaycan ərazisində mümkün ola bilər. Bu da Gürcüstanın dəmir yolu daşınmalarının ümumi həcminə müsbət təsir göstərəcək”.

Son xəbərlər

Orphus sistemi