Gürcüstan və ABŞ hərbi əməkdaşlığı gücləndirəcək

Gürcüstan və ABŞ hərbi əməkdaşlığı gücləndirəcək Gürcüstan və ABŞ hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Region
11 Sentyabr , 2019 10:48
Gürcüstan və ABŞ hərbi əməkdaşlığı gücləndirəcək

Gürcüstan və ABŞ hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili ABŞ müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuperlə görüşdə bildirib.

Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişinin yenilənməsi məsələsini müzakirə ediblər. Sənəd İ.Qaribaşvilinin yaxın gələcəkdə ABŞ-a səfəri çərçivəsində imzalanacaq.

Müdafiə naziri Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığı qeyd edərək müdafiə sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

L.Kuper öz növbəsində deyib ki, ABŞ Gürcüstanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Pentaqon rəsmisi Gürcüstanla strateji əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra imkanların olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi