Gürcüstan vasitəsilə Rusiyaya radioaktiv maddə daşıyan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan vasitəsilə Rusiyaya radioaktiv maddə daşıyan Ermənistan vətəndaşı saxlanılıb Gürcüstanda Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.
Region
15 İyul , 2019 14:25
Gürcüstan vasitəsilə Rusiyaya radioaktiv maddə daşıyan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanda Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, Militos M. adlı Ermənistan vətəndaşı idarə etdiyi mikroavtobusda tərkibində torium maddəsi olan 4 bağlamanı Gürcüstan vasitəsilə Rusiyaya nəql etməyə cəhd edib. Ümumi çəkisi 71,63 kq olan bağlamaların yoxlanılması zamanı onların tərkibində nüvə materialı olan “Torium 232” radioaktiv izotopu olduğu müəyyən olunub. Həmin maddə insan həyatı və sağlamlığı üçün təhlükəlidir.

Tbilisi Şəhər Məhkəməsi Ermənistan vətəndaşına qarşı həbs qətimkan tədbiri seçib.

Faktla bağlı istintaqı DTX-nın Əkskəşfiyyat Departamenti radioaktiv maddələrin qanunsuz əldə olunması və nəqli maddəsi üzrə aparır. Ermənistan vətəndaşını 5 ildən 10 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi