Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri “Şərq tərəfdaşlığı” sammitini müzakirə ediblər

Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri “Şərq tərəfdaşlığı” sammitini müzakirə ediblər Belçikada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə ukraynalı və moldovalı həmkarları – Denis Şmiqal və Natalia Qavrilita ilə görüş keçirib.
Region
30 Noyabr , 2021 13:18
Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri “Şərq tərəfdaşlığı” sammitini müzakirə ediblər

Belçikada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə ukraynalı və moldovalı həmkarları – Denis Şmiqal və Natalia Qavrilita ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, tərəflər əməkdaşlığın prioritet istiqamətləri və dekabrın 15-də keçirilməsi planlaşdırılan “Şərq tərəfdaşlığı” sammitini müzakirə ediblər.

İ.Qaribaşvili qeyd edib ki, sammitin yekun qətnaməsində Gürcüstanın Avropa seçimi, həmçinin ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyin əks olunması çox vacibdir.

“Assosiasiyalı trio”nun baş nazirləri ölkələrinin Avropa İttifaqının (Aİ) vahid iqtisadi məkanına daxil olmaq və sektorlararası əməkdaşlığın fəallaşdırılması ilə bağlı istəklərini ifadə ediblər.

Hökumət başçıları bu gün Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa parlamentinin prezidenti David Sassoli ilə görüş keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi