Gürcüstan Türkiyənin iri müdafiə sənayesi şirkəti ilə əməkdaşlığı dərinləşdirəcək

Gürcüstan Türkiyənin iri müdafiə sənayesi şirkəti ilə əməkdaşlığı dərinləşdirəcək Tərəflər müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər
Region
20 Aprel , 2021 18:39
Gürcüstan Türkiyənin iri müdafiə sənayesi şirkəti ilə əməkdaşlığı dərinləşdirəcək

Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava bu ölkənin “ASELSAN” dövlət müdafiə sənayesi şirkətinin baş direktoru Haluk Görgünlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən bildirilib.

Tərəflər müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə müdafiə sahəsində Gürcüstan və Türkiyə arasında sıx və uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Qeyd edək ki, “ASELSAN” şirkəti dünyanın ən iri müdafiə sənayesi şirkətləri arasında 50-ci yeri tutur.

Son xəbərlər

Orphus sistemi