Gürcüstan strateji ölkələrə iqtisadi məsələlər üzrə nümayəndələr təyin edəcək

Gürcüstan strateji ölkələrə iqtisadi məsələlər üzrə nümayəndələr təyin edəcək Gürcüstan strateji ölkələrə iqtisadi məsələlər üzrə nümayəndələr təyin edəcək.
Region
7 May , 2019 11:11
Gürcüstan strateji ölkələrə iqtisadi məsələlər üzrə nümayəndələr təyin edəcək

Gürcüstan strateji ölkələrə iqtisadi məsələlər üzrə nümayəndələr təyin edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ bu gün Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsində müzakirə olunacaq.

Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Qvtisiaşvili komitə iclasında yeni layihəni təqdim edəcək. Əsas məqsəd hədəf ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsidir.

Xarici əlaqələr üzrə komitənin sədri Sofo Katsarava bildirib ki, Gürcüstanın iqtisadi məsələlər üzrə nümayəndələri ölkəyə investisiyaların cəlb olunması istiqamətində fəaliyyət göstərəcəklər: “İqtisadi diplomatiya xarici siyasətin strateji istiqamətlərindən biridir. İqtisadi nümayəndələrin təyinatı ölkədə həyata keçirilən investisiya layihələrinin daha da genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir”.

Qeyd edək ki, ötən il Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ABŞ, Almaniya, Türkiyə, Böyük Britaniya, BƏƏ və Çində kommersiya attaşelərinin təyin olunması ilə bağlı müsabiqə elan etmişdi. 2018-ci ilin dekabrında kommersiya attaşesi vəzifəsinin iqtisadi məsələlər üzrə nümayəndə vəzifəsi ilə əvəz olunması barədə qərar qəbul olunub.

Gürcüstanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərəcək iqtisadi məsələlər üzrə nümayəndələr ölkəyə sərmayələrin cəlb olunması ilə yanaşı ixracın təşviqi, gürcü ixracatçıların hüquqlarının müdafiəsi və ölkəyə müasir texnologiyaların idxalı istiqamətlərində də fəaliyyət göstərəcəklər. 

Son xəbərlər

Orphus sistemi