Gürcüstan Strasburq məhkəməsində Rusiyanı növbəti dəfə udub

Gürcüstan Strasburq məhkəməsində Rusiyanı növbəti dəfə udub Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı Gürcüstana qarşı iki iş üzrə qərarını açıqlayıb.
Region
21 Oktyabr , 2021 15:55
Gürcüstan Strasburq məhkəməsində Rusiyanı növbəti dəfə udub

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı Gürcüstana qarşı iki iş üzrə qərarını açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.

Strasburq məhkəməsi “Bekoyeva və digərləri Gürcüstana qarşı” və “Şavloxova və digərləri Gürcüstana qarşı” işləri üzrə müraciətləri qəbuledilməz hesab edib.

Şikayətlərdə Tsxinvali bölgəsinin sakinləri Gürcüstanı ittiham ediblər. Avropa Məhkəməsi isə Rusiyanın Tsxinvali bölgəsini aktiv şəkildə bombalaması, Gürcüstan Silahlı Qüvvələrinin region və ətrafına nəzarət həyata keçirə bilməməsi ilə bağlı rəsmi Tbilisi tərəfinin arqumentləri ilə razılaşıb. Bu səbəbdən Gürcüstan tərəfinə hər hansı bir pozuntunu aid etmək mümkün olmayıb.

Strasburq məhkəməsi həmçinin Gürcüstan tərəfinin ittihamların açıq şəkildə əsaslandırılmamış olması ilə bağlı arqumenti ilə də razılaşıb, belə ki, iddialara minimum standarta uyğun sübutlar əlavə edilməyib.

Qeyd edək ki, bu il Gürcüstan artıq ikinci dəfədir Avropa Məhkəməsində Rusiyanı udur. Belə ki, yanvarın 21-də məhkəmənin “Gürcüstan Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərara əsasən, Rusiya 2008-ci ilin avqustundakı müharibə zamanı gürcülərə qarşı etnik təmizləmə həyata keçirib.

Son xəbərlər

Orphus sistemi