Gürcüstan sərhədlərinin mühafizəsini gücləndirəcək

Gürcüstan sərhədlərinin mühafizəsini gücləndirəcək Gürcüstan 2021-ci ildə sərhəd mühafizəsi ilə bağlı imkanlarını gücləndirməyi planlaşdırır
Region
129
5 Mart , 2021 14:00
Gürcüstan sərhədlərinin mühafizəsini gücləndirəcək

“2020-ci ildə Gürcüstanda sərhəd infrastrukturunun inkişaf etdirilməsi, müasir avadanlıqlar ilə təchizat, aviasiya imkanlarının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün xüsusi əhəmyyətli addımlar atılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhəddə yerləşən David Qareci (Keçikçidağ – red.) məbədi ərazisində yeni sərhəd zastavasının inşası yaxın gələcəkdə başa çatdırılacaq.

V.Qomelauri qeyd edib ki, Gürcüstan 2021-ci ildə sərhəd mühafizəsi ilə bağlı imkanlarını gücləndirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi