Gürcüstan səfiri: "Ümidvaram ki, iki qonşu dövlət arasında olan xoş münasibətlər yüz illərlə davam edəcək"

Gürcüstan səfiri: "Ümidvaram ki, iki qonşu dövlət arasında olan xoş münasibətlər yüz illərlə davam edəcək" "Ümidvaram ki, Gürcüstanla Azərbaycan arasında olan xoş münasibətlər yüz illərlə davam edəcək".
Region
9 Dekabr , 2022 20:16
Gürcüstan səfiri: Ümidvaram ki, iki qonşu dövlət arasında olan xoş münasibətlər yüz illərlə davam edəcək

"Ümidvaram ki, Gürcüstanla Azərbaycan arasında olan xoş münasibətlər yüz illərlə davam edəcək".

Bunu Gəncədə səfərdə olan Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze "Report"un Qərb bürosuna açıqlamasında bildirib.

O, iki dövlət arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə hər iki dövlətin vətəndaşlarını təbrik edib.

"Diplomatik münasibətlərin 30 illiyi dövründə Gəncədə gürcü klassiki Nikoloz Barataşvilinin 205 illik yubileyinə həsr olunmuş "Mirani" kitabının Azərbaycan dilinə tərcümə edilməsi və onun təqdimatı mənim üçün sevindiricidir. Tədbiri təşkil edən və kitabın tərcümə edilərək ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkürlərimi bildirirəm. Əminəm ki, gələcəkdə də xalqlarımız arasında olan münasibət daha da yaxınlaşacaq", - Z.Pataradze bildirib.

Qeyd edək ki, səfir Gəncədə Məhsəti Mərkəzində keçirilən Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyi və gürcü yazıçısı Nikoloz Barataşvilinin 205 illlik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi