Gürcüstan-Rusiya sərhədində "Dəryal" sərhəd-keçid məntəqəsi adi qaydada fəaliyyətini bərpa edib - YENİLƏNİB
- 06 iyun, 2024
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Dəryal sərhəd-keçid məntəqəsi adi qaydada fəaliyyətini bərpa edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Hazırda Devdoraki dərəsində təhlükə səviyyəsi minimaldır”, - deyə məlumatda bildirilir.
12:21
Gürcüstan-Rusiya sərhədindəki "Dəryal" keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu gün detektorlar saat 08:36-da Devdoraki çayında suyun səviyyəsinin artdığını qeyd alıblar. Ərazidə xidmət aparan bütün əməkdaşlar təcili təxliyə ediliblər. Sərhəd polisi helikopteri əraziyə baxış keçirmək üçün qalxıb.
Məlumata görə, Qveleti kəndi yaxınlığında da hər iki istiqamətdə yol bağlanıb.