Gürcüstan region ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək

Region
  • 18 dekabr, 2020
  • 14:51
Gürcüstan region ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək

Gürcüstan bölgədə qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirməklə bağlı fəal səylərini davam etdirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin 2021-2024-cü illər üzrə proqramında bildirilib.

Sənədə əsasən, hökumət region ölkələri ilə əməkdaşlığın aktivləşdirilməsi istiqamətinə xüsusi diqqət ayıracaq.

Gürcüstan növbəti illərdə region ölkələri ilə strateji-siyasi əlaqələri gücləndirəcək, həmçinin sektorlararası əməkdaşlığı dərinləşdirəcək.

Proqramda dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin milli maraqlar, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə uyğun davam etdirilməsinin vacibliyi də qeyd olunub.