Gürcüstan Qazaxıstanla əməkdaşlığı gücləndirəcək

Gürcüstan Qazaxıstanla əməkdaşlığı gücləndirəcək Qazaxıstanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Region
27 İyul , 2022 10:34
Gürcüstan Qazaxıstanla əməkdaşlığı gücləndirəcək

Qazaxıstanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə İ.Qaribaşvili tviter hesabında yazıb.

O, Qazaxıstanın dövlət başçısı ilə səmərəli danışıqlar apardığını bildirib: “Ölkələrimiz arasında diplomatik əlaqələrin mövcud olduğu son 30 il ərzində sıx tərəfdaşlıq əldə olunub. Biz nəqliyyat, loqistika, ticarət və turizm sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə etdik”.

İ.Qaribaşvili həmçinin qazaxıstanlı həmkarı Alixan Smailovla da görüşüb. Tərəflər Gürcüstanla Qazaxıstan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi