Gürcüstan prezidentinin “Qafqaz platforması” təşəbbüsünə aydınlıq gətirilib  

Gürcüstan prezidentinin “Qafqaz platforması” təşəbbüsünə aydınlıq gətirilib   Gürcüstanın Prezident Administrasiyası Salome Zurabişvilinin ölkənin xaricdəki səfirlərinin illik toplantısında çıxışı zamanı “Qafqaz platforması” barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Region
23 Dekabr , 2020 20:14
Gürcüstan prezidentinin “Qafqaz platforması” təşəbbüsünə aydınlıq gətirilib  
Salome Zurabişvili

Gürcüstanın Prezident Administrasiyası Salome Zurabişvilinin ölkənin xaricdəki səfirlərinin illik toplantısında çıxışı zamanı “Qafqaz platforması” barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qurumun yaydığı bəyanatda prezidentin çıxışından sonra əsassız ajiotajın yarandığı bildirilib.

“Bu çıxış başqa hər hansı bir təşəbbüsə cavab kimi qəbul olunmur və olunmamalıdır. Çünki prezident bir neçə dəfə və bölgədə münaqişə olan zaman da “Qafqaz platforması”nın yaradılmasını təklif edib. Prezident Gürcüstanın Qafqazdakı tarixi rolunu və birləşdirici funksiyasını daima vurğulayır”, - sənəddə qeyd olunub.

Qeyd edək ki, yayılan məlumatlarda S.Zurabişvilinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan da daxil olmaqla 6 ölkənin iştirakı ilə yeni formatın yaradılması təşəbbüsü barədə danışdığı iddia olunur.

Son xəbərlər

Orphus sistemi