Prezidentin mətbuat katibi: “Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya təcili olaraq işə başlamalıdır”

Prezidentin mətbuat katibi: “Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya təcili olaraq işə başlamalıdır” “Gürcüstan Prezidenti hesab edir ki, dost və qonşu Azərbaycanla sərhəd müəyyən olunmalıdır”.
Region
30 Aprel , 2019 15:15
Prezidentin mətbuat katibi: “Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya təcili olaraq işə başlamalıdır”

“Gürcüstan Prezidenti hesab edir ki, dost və qonşu Azərbaycanla sərhəd müəyyən olunmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri zamanı iki ölkənin dövlət başçıları arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın yenilənməsi barədə razılıq əldə olunub: “Komissiyanın fəaliyyəti bir neçə ildir dayandırılıb. Komissiya təcili olaraq işə başlamalıdır. Bu, iki qonşu və dost ölkə arasındakı münasibətlərdə irəli atılmış daha bir addım olacaq”.

Son xəbərlər

Orphus sistemi