Gürcüstan prezidenti özünü təcrid etdi

Gürcüstan prezidenti özünü təcrid etdi Salome Zurabişviliyə peyvəndin ilk dozası martın 18-də vurulub
Region
6 Aprel , 2021 16:08
Gürcüstan prezidenti özünü təcrid etdi
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili özünütəcrid rejiminə keçib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçısına vaksinin ilk dozasının vurulmasına baxmayaraq, risklər mövcuddur: "Mövcud protokola uyğun olaraq prezident PCR testdən keçirilir".

Qeyd edək ki, S.Zurabişviliyə koronavirus əleyhinə peyvəndin ilk dozası martın 18-də vurulub.

Son xəbərlər

Orphus sistemi