Gürcüstan prezidenti ölkədəki vəziyyəti səfirlərlə müzakirə edib

Gürcüstan prezidenti ölkədəki vəziyyəti səfirlərlə müzakirə edib Bu barədə Prezident Administrasiyasından bildirilib
Region
23 Fevral , 2021 19:10
Gürcüstan prezidenti ölkədəki vəziyyəti səfirlərlə müzakirə edib
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədəki diplomatik korpusun nümayəndələri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Prezident Administrasiyasından bildirilib.

Orbeliani sarayında baş tutan görüşdə Gürcüstandakı hazırkı siyasi proseslər və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.

Görüşdə ABŞ və Avropa ölkələrinin səfirləri iştirak ediblər.

Qeyd edək ki, ABŞ, NATO, Avropa İttifaqı və bir sıra ölkələr Gürcüstanda yaranmış siyasi gərginlikdən narahatlıq ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi