Gürcüstan prezidenti ölkə müsəlmanlarını təbrik etdi

Gürcüstan prezidenti ölkə müsəlmanlarını təbrik etdi Gürcüstan prezidentiSalome Zurabişviliölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Region
31 İyul , 2020 22:41
Gürcüstan prezidenti ölkə müsəlmanlarını təbrik etdi
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı Qurban bayramını sülh, ümid, dəstək, insanlara qayğı və xeyirin şər üzərində qələbə bayramı adlandırıb.

Onun sözlərinə görə, pandemiya dövründə qarşılıqlı qayğı olduqca vacibdir:

“Qurban bayramının ruhu gündəlik həyatımızın ayrılmaz hissəsi olmalıdır. Bu il böyük bayramı geniş qeyd edə bilməsək də, müsəlman vətəndaşlarımızı Qurban bayramı münasibətilə təbrik etmək istəyirəm. Onlara sülh, birlik və ən əsası cansağlığı arzulayıram”. 

Son xəbərlər

Orphus sistemi