Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”

Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır” “Pandemiya böhranı və bölgəmizdə münaqişəyə baxmayaraq, Gürcüstan sabitliyini qoruyub saxlayır”.
Region
22 Yanvar , 2021 18:38
Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”
Salome Zurabişvili

“Pandemiya böhranı və bölgəmizdə münaqişəyə baxmayaraq, Gürcüstan sabitliyini qoruyub saxlayır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunun Gürcüstan prezidenti Salome Zurabişvili NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.

Gürcüstan və bölgə qarşısında duran problemlərə toxunan dövlət başçısı bildirib ki, pandemiya, kibertəhlükəsizlik, destabilizasiya kimi məsələlərin həlli birgə güc və səylərin konsolidasiyasını tələb edir.

S.Zurabişvilinin sözlərinə görə, bölgədə güc balansının yeni konfiqurasiyası yaranıb: “Bu onu göstərir ki, Qara dəniz və ümumilikdə Qafqaz təhlükəsizlik baxımından indi əvvəlkindən daha əhəmiyyətli bölgələrə çevrilir. NATO bu bölgələrə daha çox diqqət ayırmalıdır”.

Son xəbərlər

Orphus sistemi