Gürcüstan prezidenti müxalifətçini əfv etdi

Gürcüstan prezidenti müxalifətçini əfv etdi Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb
Region
27 Aprel , 2021 17:40
Gürcüstan prezidenti müxalifətçini əfv etdi
Giorgi Rurua

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətçi Giorgi Ruruanı əvf edib.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Prezidentin G.Ruruanı əfv etməsi üçün irəli sürdüyü şərti artıq yerinə yetirilib. Belə ki, parlamentə seçilən və iqtidarla siyasi böhrandan çıxış planını imzalamış müxalifət təmsilçiləri bu gündən qanunverici orqanın fəaliyyətində iştirak etməyə başlayıb. Qanunverici orqana daxil olan müxalif deputatların hazırkı sayı 13 nəfər təşkil edir.

Qeyd edək ki, Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının səhmdarlarından biri - iş adamı G.Rurua 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə həbs olunub. O, ötən ilin iyulunda 4 il müddətinə həbs cəzasına məhkum edilib.

Son xəbərlər

Orphus sistemi