Gürcüstan prezidenti fond yaradıb

Gürcüstan prezidenti fond yaradıb Gürcüstan prezidenti Salome Zurabişvili fond təsis edib.
Region
8 Noyabr , 2019 18:04
Gürcüstan prezidenti fond yaradıb
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili fond təsis edib.

“Report”un yerli bürosu xəbər verir ki, “Salome Zurabişvilinin Fondu” adlanan təşkilatın Tbilisidə təqdimatı keçirilib.

Mərasimdə çıxış edən dövlət başçısı fondun idarə olunmasında iştirak etməyəcəyini deyib. O yalnız təşkilatın fəxri təsisçisi olacağını bildirib.

S.Zurabişvili qeyd edib ki, fond Gürcüstan üçün ictimai əhəmiyyət kəsb edən məsələlərin həllini dəstəkləyəcək. Yeni təşkilatın strateji fəaliyyət istiqamətlərinə Uşaq Xərçəngi Mərkəzinin gücləndirilməsi, regional inkişafın təşviqi, Gürcüstan mədəniyyətinin təbliği, ətraf mühit və biomüxtəlifliyin qorunması daxildir.

Fondun bu istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsi üçün mövcud və potensial tərəfdaşların dəstəyi cəlb ediləcək.   

Son xəbərlər

Orphus sistemi