Gürcüstan prezidenti baş nazirliyə namizədi təsdiqləyib

Gürcüstan prezidenti baş nazirliyə namizədi təsdiqləyib Onun namizədliyini “Gürcü arzusu” Partiyası irəli sürüb
Region
19 Noyabr , 2016 15:01
Gürcüstan prezidenti baş nazirliyə namizədi təsdiqləyib

Bakı. 19 noyabr. REPORT.AZ/ Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Giorgi Kvirkaşvilinin baş nazirliyə namizədliyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Onun namizədliyini “Gürcü arzusu” Partiyası irəli sürüb.

Xatırladaq ki, bu il oktyabrın 8-də keçirilən parlament seçkilərində “Gürcü arzusu” Partiyası 150 yerdən 115-ni qazanaraq, qalib gəlib. Yeni seçilən parlament ötən gün işə başlayıb. 

Son xəbərlər

Orphus sistemi