Gürcüstan prezidenti azərbaycanlı diplomatları ölkədəki vəziyyət barədə məlumatlandırdı

Gürcüstan prezidenti azərbaycanlı diplomatları ölkədəki vəziyyət barədə məlumatlandırdı Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri ilə görüşüb.
Region
777
21 Mart , 2020 19:01
Gürcüstan prezidenti azərbaycanlı diplomatları ölkədəki vəziyyət barədə məlumatlandırdı

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı səfir və diplomatlara Gürcüstanda fövqəladə vəziyyətin elan olunması barədə məlumat təqdim edib.

S.Zurabişvili həmçinin görüş iştirakçılarını koronavirusla bağlı ölkədə mövcud vəziyyət haqqında məlumatlandırıb.

Görüşdə Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Avropa İttifaqının səfiri Karl Xartsel, Türkiyə səfiri Fatma Ceren Yazqan, Çin və digər ölkələrin diplomatları iştirak ediblər. Azərbaycanı görüşdə ölkənin Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov və konsul Ramel Lətifov təmsil ediblər. 

Son xəbərlər

Orphus sistemi