Gürcüstan Prezidenti: Abxaz və osetin bacı-qardaşlarımız olmadan güclü Gürcüstan mümkün deyil
- 26 may, 2025
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Prezidenti Mixail Kavelaşvili bildirib ki, güclü və vahid Gürcüstanı abxaz və osetin bacı-qardaşları olmadan təsəvvür etmək mümkün deyil.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o bu barədə Müstəqillik Gününə həsr olunmuş çıxışında danışıb.
Prezident gələcəkdə ölkənin birləşəcəyinə və firavan olacağına inandığını bildirib:
“Biz yalnız o zaman qalib gələcəyik ki, vətəndaşlarımız Suxumi və Sxinvalidə də ümumi əmtəələrdən istifadə edə bilsinlər”.
Qeyd edək ki, mayın 26-da Gürcüstanda Müstəqillik Günü qeyd olunur. 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika bolşevik işğalınadək - iki il yarım mövcud olub. Həmin dövrdə Gürcüstanın müstəqilliyi Avropanın aparıcı ölkələri tərəfindən tanınıb.
Qonşu ölkə dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci il aprelin 9-da bərpa edib.