Gürcüstan prezidenti ABŞ-a səfər edəcək

Gürcüstan prezidenti ABŞ-a səfər edəcək Gürcüstan prezidenti Salome Zurabişvili gələn həftə ABŞ-a işgüzar səfər edəcək.
Region
20 Sentyabr , 2019 18:03
Gürcüstan prezidenti ABŞ-a səfər edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili gələn həftə ABŞ-a işgüzar səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edəcək.

S.Zurabişvili həmçinin sessiya çərçivəsində planlaşdırılan tədbirlərə də qatılacaq.

Prezidentin müxtəlif ölkə rəhbərləri və BMT-nin baş katibi ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

S.Zurabişvili ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı adından təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi