Gürcüstan prezidenti 91 məhkumu əfv edib

Gürcüstan prezidenti 91 məhkumu əfv edib Komissiya aprelin 4-dən 6-dək 579 məhkumun cinayət işini araşdırıb
Region
12 Aprel , 2017 15:22
Gürcüstan prezidenti 91 məhkumu əfv edib

Bakı. 12 aprel. REPORT.AZ/ Gürcüstan Prezidenti Georgi Merqvelaşvili Pasxa bayramı münasibəti ilə 4-ü qadın olmaqla 91 məhkumu əfv edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Əvf Komissiyasının sədri Zviad Koridze bildirib.

Komissiya aprelin 4-dən 6-dək 579 məhkumun cinayət işini araşdırıb.

Xatırladaq ki, aprelin 16-da xristianlar Pasxa bayramını qeyd edəcəklər. 

Son xəbərlər

Orphus sistemi