Gürcüstan Prezidenti 70 illik yubileyini qeyd edir

Gürcüstan Prezidenti 70 illik yubileyini qeyd edir Bu gün Gürcüstanın Prezidenti Salome Zurabişvilinin doğum günüdür.
Region
18 Mart , 2022 11:04
Gürcüstan Prezidenti 70 illik yubileyini qeyd edir
Salome Zurabişvili

Bu gün Gürcüstanın Prezidenti Salome Zurabişvilinin doğum günüdür.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısının 70 yaşı tamam olur.

Qonşu ölkənin tarixinə ilk qadın prezident kimi düşmüş S.Zurabişvili 1952-ci ilin martın 18-də Parisdə anadan olub.

Xatırladaq ki, S.Zurabişvili 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışıb. Siyasi xadim 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildə isə Gürcüstanın xarici işlər naziri təyin edilib və 2005-ci ildə istefaya göndərilib. Həmin ildən başlayaraq S.Zurabişvili fəal siyasətlə məşğul olub.

O, 2010-cu ildə siyasətdən getsə də, sonradan siyasətə qayıdıb və 2018-ci ilin dekabrın 16-dan Gürcüstanın prezidentidir, bu ali vəzifəni 6 il müddətinə tutacaq.

Son xəbərlər

Orphus sistemi