Gürcüstan patriarxının istefası barədə məlumat yayılıb
Region
- 08 fevral, 2021
- 07:46
Gürcüstanın Dini Ekspertlər Assosiasiyası katalikos-patriarx II İlyanın istefaya göndəriləcəyi barədə məlumat yayıb.
“Report”un yerli bürosu xəbər verir ki, təşkilatdan məsələnin Müqəddəs Sinodun fevralın 11-də keçiriləcək toplantısında müzakirə olunacağı bildirilib.
Assosiasiya iddia edir ki, iclasda II İlyanın müəyyən kompromislər və ya şantaj yolu ilə taxt-tacdan uzaqlaşdırılması planlaşdırılıb.
Gürcüstan patriarxlığının İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Andria Caqmaidze yayılan məlumatlara münasibət bildirib. O, jurnalistlərdən bu cür fantaziyalarla bağlı sual verməməyi xahiş edib.
Qeyd edək ki, Müqəddəs Sinodun iclası II İlyanın göstərişi ilə çağırılıb. Toplantıda müzakirə olunacaq məsələlər barədə məlumat verilməyib.
Son xəbərlər
17:30
Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib
Mədəniyyət siyasəti17:29
Bakıda bu il təməldən tikilinin 19 %, torpağın 15 % bahalaşacağı gözlənilir
Biznes17:28
NATO-nun Baş katibi: Müttəfiqlər Ukraynanın silah ehtiyacını tam olaraq ödəyəcək
Digər ölkələr17:25
"Beşiktaş" yeni transferini açıqlayıb
Futbol17:23
"IndiGo" İran ətrafındakı vəziyyətə görə Bakı də daxil olmaqla bir sıra uçuşları dayandırır
İnfrastruktur17:17
Foto
Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmət göstərir
Sosial müdafiə17:12
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərarını dəyişib
Maliyyə17:11
Reşford "Barselona"da qalmaq naminə maaşının azaldılmasına razıdır
Futbol17:09