Gürcüstan parlamentinin spikeri LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb
Region
- 03 oktyabr, 2024
- 06:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ölkədə LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb.
"Report"un yerli bürosu xəbər verir ki, spiker bu barədə sosial şəbəkə hesabında yazıb.
"Bu gün Gürcüstan Konstitusiyasına uyğun olaraq "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunu imzalayıram. Başa düşürəm ki, bu qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin gürcülər heç vaxt başqalarının fikirlərindən qorxmayıblar. Bu yolla biz öz kimliyimizi qoruyub saxlamışıq", - deyə Ş.Papuaşvili deyib.
Qeyd edək ki, daha öncə Prezident Salome Zurabişvili qanunu imzalamaqdan imtina edərək parlamentə geri qaytarmışdı, lakin veto qoymamışdı.
Son xəbərlər
23:40
"France-Presse" Agentliyi kiberhücuma məruz qalıb
Digər ölkələr
23:31
Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
Region
23:22
Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücumda bir nəfər ölüb
Digər ölkələr
23:05
Foto
Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb
Hadisə
23:01
Litva silah alışı üçün əlavə 1,44 milyard avro istəyib
Digər ölkələr
22:57
Foto
Video
"Beşiktaş" – "Hapoel" matçı bərpa edilib - Yenilənib
Futbol
22:48
Böyük Britaniya sualtı qayıqların texniki xidmətinə 11,4 milyard dollar ayıracaq
Digər ölkələr
22:46
BAEA "Zaporojye" AES-də atəşkəs rejiminin tətbiqinə dair Rusiya və Ukrayna ilə danışıqlar aparır
Digər ölkələr
22:12
Ayzenkot və Qolan koalisiya sazişinin imzalanması barədə razılıq əldə ediblər
Digər ölkələr