Gürcüstan parlamentinin sədri Ukraynaya gedəcək - YENİLƏNİB

Gürcüstan parlamentinin sədri Ukraynaya gedəcək - YENİLƏNİB Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk kömək, ukraynalılara qayğı və diqqətə görə Gürcüstana minnətdarlığını bildirib.
Region
13 Aprel , 2022 14:40
Gürcüstan parlamentinin sədri Ukraynaya gedəcək - YENİLƏNİB
Şalva Papuaşvili

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk kömək, ukraynalılara qayğı və diqqətə görə Gürcüstana minnətdarlığını bildirib.

"Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə onlayn formatda keçirdiyi görüşdə söyləyib.

*** 10:38

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynaya səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

Spiker bildirib ki, ukraynalı həmkarı Ruslan Stefançukla əlaqə saxlayıb və Ukraynaya səfər etməyə hazırlığını təsdiqləyib.

Səfərin detalları müzakirə olunacaq.

Ş.Papuaşvili qeyd edib ki, Ukrayna və ukraynalılara dəstək Gürcüstanın mənəvi və tarixi borcudur: “Biz bu borcumuzu şərəflə yerinə yetirəcəyik”.

Xatırladaq ki, Ukrayna Ali Radasının sədri R.Stefançuk ötən həftə gürcü həmkarını Buçaya səfər etməyə dəvət edib.

Son xəbərlər

Orphus sistemi