Gürcüstan parlamentinin sədri Azərbaycanla dostluq qrupuna rəhbərlik edəcək

Gürcüstan parlamentinin sədri Azərbaycanla dostluq qrupuna rəhbərlik edəcək "Hər iki ölkənin qanunverici orqanlarındakı dostluq qruplarının əməkdaşlığı üçün çox yaxşı zəmin var"
Region
5 May , 2021 19:08
Gürcüstan parlamentinin sədri Azərbaycanla dostluq qrupuna rəhbərlik edəcək
Kaxa Kuçava

“Gürcüstan parlamentinin yeni sədri Kaxa Kuçava Azərbaycanla dostluq qrupunun rəhbəridir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Onun sözlərinə görə, hər iki ölkənin qanunverici orqanlarındakı dostluq qruplarının əməkdaşlığı üçün çox yaxşı zəmin var.

Baş nazir S.Qafarovanı Gürcüstana səfərə dəvət edib: “Sizi Tbilisidə gözləyirəm”.

Qeyd edək ki, K.Kuçava aprelin 27-də spiker seçilib. O, bundan öncə vitse-spiker postunu tutub və Azərbaycanla dostluq qrupunun da rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi