Gürcüstan parlamentinin deputatları: “Bəzi qüvvələr seçki prosesinə müdaxilə etmək istəyirlər”

Gürcüstan parlamentinin deputatları: “Bəzi qüvvələr seçki prosesinə müdaxilə etmək istəyirlər” Parlamentin Qafqaz və diaspor məsələləri komitəsinin sədri Zviad Kvaçantaradze və Hüquq məsələləri komitəsinin sədri Eka Beseliya Marneulidə olub
Region
21 Oktyabr , 2017 17:32
Gürcüstan parlamentinin deputatları: “Bəzi qüvvələr seçki prosesinə müdaxilə etmək istəyirlər”

Tbilisi. 21 oktyabr, REPORT.AZ/ “Gürücstanın hər yerində olduğu kimi, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da səsvermə normal və demokratik şəraitdə davam edir. Bəzi qüvvələr seçki prosesinə süni şəkildə maneə yaratmaq istəyiblər. Lakin əhalinin ayıq-sayıqlığı nəticəsində bu cür təxribatların qarşısı alınıb”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev deyib.

Onun sözlərinə görə, seçkilərdə uduzduğunu hiss edən bəzi müxalif qüvvələr müxtəlif yerlərdə bir neçə dəfə səsvermənin gedişinə mane olmağa, süni qarşıdurma yaratmağa cəhd ediblər: "Lakin bu cür cəhdlərin qarşısı alınıb".

Deputat polis və xüsusi təyinatlı qüvvələrin Marneulidə olması məsələsinə də münasibət bildirib: “Bu qüvvələr mümkün qarşıdurmaların və təxribatların qarşısını almaq üçün rayondadırlar. Polis seçki məntəqələrindən xeyli aralıda asayişi qoruyur. Xüsusi təyinatlılar isə seçki məntəqələrindən tam kənardadır”.

Parlamentin Qafqaz və diaspor məsələləri komitəsinin sədri Zviad Kvaçantaradze və Hüquq məsələləri komitəsinin sədri Eka Beseliya da Marneulidə olublar.

Z.Kvaçantaradze bidirib ki, azərbaycanlılar Gürcüstanın inkişafında xüsusi fəallıqları ilə seçilirlər.

Azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bəzi qüvvələrin səsvermənin gedişinə süni mane yaratmaq istədiyini bildirən komitə sədri deyib: “Həmin qüvvələrin cəhdləri baş tutmayıb. Gürcüstan hökuməti bütün vətəndaşların hüquqlarının, təhlükəsizliyinin qorunması üçün lazım olan addımları atacaq”.

Qeyd edək ki, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələri də azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayonunda olub, rayon mərkəzində, eləcə də Qızılhacılı, Şulaver və digər kəndlərdəki məntəqələrə baş çəkiblər. Beynəlxalq müşahidəçilər də səsvermənin normal, azad və şəffaf keçdiyini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi