Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir

Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.
Region
24 İyun , 2019 20:17
Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hava şəraiti ilə əlaqədar aksiya təyin olunduğu vaxtdan bir saat gec başlayıb.

Aksiya təşkilatçıları hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional qayda üzrə keçirilməsi barədə bugünkü qərarını müsbət qiymətləndiriblər.

Beşinci gündür davam edən aksiyanın tələbləri dəyişməz qalıb. Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, proporsional seçki sisteminə keçid etirazçıların tələblərindən biri olub. 

Son xəbərlər

Orphus sistemi