Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının sayı artıb

Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının sayı artıb Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) parlamentə daxil olmaq barədə bugünkü qərarından sonra qanunverici orqanda təmsil olunacaq azərbaycanlı deputatların sayı 3-ə çatıb.
Region
30 May , 2021 22:13
Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının sayı artıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) parlamentə daxil olmaq barədə bugünkü qərarından sonra qanunverici orqanda təmsil olunacaq azərbaycanlı deputatların sayı 3-ə çatıb.

“Report”un yerli bürosu xəbər ki, üçüncü deputat VMHP-nin təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə mandat əldə edən Abdulla İsmayılovdur.

Qonşu ölkənin X çağırış parlamentində indiyədək iki soydaşımız kürsü tutub. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat qazanan Savalan Mirzəyevdir.

Qeyd edək ki, VMHP qanunverici orqanda 36 mandat əldə edib. Seçkilərdə partiyanın siyahısında ilk yerdə məşhur gürcü aktyor və müğənni Vaxtanq Kikabidze olub. Onun parlamentdə təmsil olunub-olunmayacağı hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi