Gürcüstan parlamentində Novruzun milli bayram elan olunması məsələsinə baxılıb

Gürcüstan parlamentində Novruzun milli bayram elan olunması məsələsinə baxılıb Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb.
Region
143
21 İyun , 2021 17:00
Gürcüstan parlamentində Novruzun milli bayram elan olunması məsələsinə baxılıb

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, müzakirələr zamanı deputatlar vətəndaş təşəbbüsünü müsbət qiymətləndiriblər.

Komitə sədri Mixeil Sarcveladze bildirib ki, təklif kifayət qədər əsaslandırılmayıb və əlavə arqumentlər tələb edir. O, məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinə ehtiyacın olduğunu vurğulayıb.

Komitə üzvləri qanun layihəsinin müzakirəsinə təşəbbüskarların da dəvət olunması və onların da fikirlərinin öyrənilməsi təklifi ilə çıxış ediblər.

Qeyd edək ki, layihənin müəllifi ictimai fəal Samirə Bayramovadır. Sənəddə martın 21-nin Gürcüstanda qeyri-iş günü elan edilməsi təklifi də yer alıb.

Son xəbərlər

Orphus sistemi