Gürcüstan parlamentinin bugünkü iclası baş tutmadı - YENİLƏNİB

Gürcüstan parlamentinin bugünkü iclası baş tutmadı - YENİLƏNİB Gürcüstan parlamentinin növbədənkənar sessiyasının plenar iclasında qarşıdurma baş verib.
Region
18 İyul , 2021 15:38
Gürcüstan parlamentinin bugünkü iclası baş tutmadı - YENİLƏNİB

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin çıxış etməli olduğu parlamentin plenar iclası baş tutmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, spiker Kaxa Kuçava iclası bağlı elan edib.

Parlament sədrinin sözlərinə görə, iclas zalında baş verənlər siyasi qruplar tərəfindən iclasın baş tutmaması üçün məqsədyönlü şəkildə təşkil olundu.

DİN başçısı qanunverici orqanı artıq tərk edib.

14:12

Gürcüstan parlamentinin növbədənkənar sessiyasının plenar iclasında qarşıdurma baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin daxili işlər naziri Vaxtanq Qomelaurinin iclas zalına daxil olması səs-küyə səbəb olub.

Nazir çıxışına vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ailəsinə başsağlığı verməklə başlayıb. Bu zaman müxalifət partiyalarının nümayəndələri əllərində operatorun fotoşəkilləri ilə tribunanın qarşısında dayanıblar. Onlar bildiriblər ki, media nümayəndəsinin ölümündə hökumət və DİN başçısı günahkardır. V.Qomelauri çıxışını dayandırmalı olub.

Parlament sədri Kaxa Kuçava müxalif deputatları nazirə çıxışını davam etdirməyə imkan verməyə çağırıb. İnsident səbəbindən iclada texniki fasilə elan edilib.

Qeyd edək ki, DİN başçısı parlamentə iyulun 5-6-da Tbilisidə cinsi azlıq əleydarlarının törətdikləri iğtişaşlarla bağlı çağırılıb. Qanunverici orqanın binası ətrafında əlavə polis qüvvələri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi