Gürcüstan parlamentində gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmayıb

Gürcüstan parlamentində gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmayıb Tbilisi. 12 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi layihəsi ilə bağlı səsvermə baş tutmayıb.
Region
12 Dekabr , 2018 21:45
Gürcüstan parlamentində gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmayıb

Tbilisi. 12 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi layihəsi ilə bağlı səsvermə baş tutmayıb.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, buna qanunverici orqanda kvorumun təmin olunmaması səbəb olub.

Parlament sədri İrakli Kobaxidze bildirib ki, iclasda 69 deputat iştirak edib və buna görə, səsvermə baş tutmayıb:

“Həmkarlarımın məsuliyyətsizliyinə görə səsvermə bu gün olmayacaq”.

Qanunverici orqanda gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə sabah keçiriləcək.

Gürcüstan parlamentində səsvermənin baş tutması üçün ən azı 79 deputatın iştirakı tələb olunur.

Bundan əvvəl Gürcüstan Parlamentində deputatlar arasında dava düşüb.

Son xəbərlər

Orphus sistemi