Gürcüstan parlamentində çoxluğu daha 2 deputat tərk edib

Gürcüstan parlamentində çoxluğu daha 2 deputat tərk edib Tbilisi. 4 mart. REPORT.AZ/ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının daha iki deputatı siyasi təşkilatdan istefa verib.
Region
4 Mart , 2019 17:15
Gürcüstan parlamentində çoxluğu daha 2 deputat tərk edib

Tbilisi. 4 mart. REPORT.AZ/ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının daha iki deputatı siyasi təşkilatdan istefa verib. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentdə çoxluq üzvləri olan Giya JorjolianiMirian Tsiklauri Vətənpərvərlər Alyansı Partiyasının fraksiyasına qoşulduqlarını elan ediblər.

Buna görə də müxalif Avropalı Gürcüstan Partiyası qanunverici orqanda azlıq statusunu itirib. Partiya parlamentdə hazırda 20 deputat, digər müxalif Vahid Milli Hərəkat Partiyası isə 6 deputatla təmsil olunub.

Hazırda parlamentin 8 bitərəf deputatı var. Parlament çoxluğu və azlığından kənarda 21 deputat qalıb ki, bu da azlığın parçalanmasına səbəb olub.

Reqlamentə əsasən, parlament azlığı statusu siyasi debatlarda 45 dəqiqə vaxtdan istifadə etməyə imkan verir, həmçinin aparatın fəaliyyət göstərməsinə və beynəlxalq nümayəndə heyətlərində kvotaların ayrılmasına imkan yaradır. 

Son xəbərlər

Orphus sistemi